Xidmətlər
Loqotip və Brendinq
Vizual görüntünün ön planda olduğu texnologiya çağında qrafik dizayn şirkət və brendlərin ehtiyac duyduğu xidmətdir. Vizualınız ilə diqqət çəkmək, yaddaşlarda qalmaq istəyirsinizsə, Corn reklam şirkəti 8 illik qrafik dizayn təcrübəsi ilə sizə xidmət verməyə hazırdır.
Qrafik dizayn xidmətlərimiz:
- Loqo dizaynı
- Korporativ üslub dizaynı
- Korporativ stil daşıyıcılarının dizaynı
- İllüstrasiya dizaynı
- Kataloq dizaynı
- Broşür dizaynı
- Təqvim dizaynı
- Poster dizaynı
- Qablaşdırma dizaynı
- Məhsul dizaynı
- Animasiya dizaynı
- 3D dizayn
Brendinq auditoriyanın şüurunda müsbət imicin yaradılması, qalıcılığının təmini və təbliğidir. İstənilən şirkət və ya məhsul haqqında ilk təəssürat brendinqi ilə tanışlıqdan sonra başlayır. Bu təəssüratın yaxşı və ya pis olmasını mövcud brendinqiniz ilə siz müəyyən edirsiniz. Biznesinizə dəyər qatmaq, haqqınızda müsbət təəssürat oyatmaq istəyirsinizsə, reklam şirkətimizin 8 ildir müxtəlif sektorlar üzrə hazırladığı brendinq işləri ilə tanış ola bilərsiniz.
Brendinq dizayn edərkən nələrə önəm veririk?
- Hekayəsinə
- Məqsəd və vəzifələrinə
- Hədəf auditoriyasına
- Auditoriyadan gözləntilərə
- Funksiyalarına
- Rəqiblərindən fərqləndirən əsas üstünlüklərinə
Brendinqin hansı növlərini təklif edirik?
- Şəxsi brendinq
- Şirkət brendinqi
- Məhsul brendinqi
- Siyasi brendinq
Kataloq dizaynı
Məhsul və xidmətlərinizi peşəkar, sistemli və vizual olaraq cəlbedici şəkildə təqdim edən kataloqlar hazırlayırıq.
Hazırladığımız kataloq növləri:
- Məhsul kataloqları
- Brend kataloqları
- Korporativ kataloqlar
- Xidmət kataloqları
- Texniki kataloqlar
- Təqdimat kataloqları
- Portfolio kataloqları
- Sənaye və B2B kataloqları
- Mebel, tikinti və interyer kataloqları
- Moda və tekstil kataloqları
Strukturun hazırlanmasından səhifə dizaynına, foto və qrafik elementlərin yerləşdirilməsindən çapa hazır faylın hazırlanmasına qədər bütün prosesi həyata keçiririk.
Vebsaytların hazırlanması
Rəqəmsallaşan dünyada hələ də veb saytınız yoxdur? Sayt yığdırmaq, yaxud mövcud saytınızı müasir dövrün tələblərinə və korporativinizə uyğun yeniləmək istəyirsiniz? Saytınızı aylıq SEO yönümlü idarə etmək lazımdır?
Cavabınız bəlidirsə, Corn reklam agentliyi sizə özəl olaraq veb sayt dizaynı və proqramlaşdırılmasını həyata keçirir. Saytın hazırlanmasından sonra müştəri istəyinə uyğun aylıq texniki dəstək xidməti də göstəririk. Düzgün reputasiya yaratmaq, satış etmək, yeni müştərilər cəlb etmək, bloq yerləşdirmək və təcrübənizi bölüşmək üçün ehtiyacınız olan veb sayta elə indi sahib olun.
Təklif etdiyimiz veb sayt növləri:
- Kommersiya saytları
- Xəbər saytları
- Oyun saytları
- Tanıtım saytları
- Bloq saytları
- Korporativ saytlar
- Forum saytları
- Şəxsi saytlar
Sərgi stendləri
CORN reklam agentliyi sərgilər üçün stend dizaynı, 3D modelləşdirmə, vizuallaşdırma və stend istehsalı xidmətləri təqdim edir.
Sərgidə brendinizi düzgün təqdim etmək üçün funksional və diqqətçəkən stend dizaynı hazırlayırıq. Şirkətin korporativ kimliyinə və sərgi məkanının xüsusiyyətlərinə uyğun olaraq 2D və 3D dizaynlar, detallı modelləşdirmə və realistik vizuallaşdırmalar hazırlayırıq.
Təsdiqlənmiş dizayn əsasında stendin istehsalını və hazırlanmasını həyata keçirir, layihəni ideyadan fiziki stendə qədər tamamlayırıq.
Xidmətlərimiz:
- Sərgi stendi dizaynı
- 3D dizayn və modelləşdirmə
- 3D vizuallaşdırma
- Stend konstruksiyasının hazırlanması
- Stend istehsalı
- Fərdi sərgi həlləri
AI Həlləri və Avtomatlaşdırma
Süni intellektlə daha sürətli, daha ağıllı və daha effektiv iş.
CORN olaraq AI texnologiyalarını kreativ proseslərə və biznes həllərinə inteqrasiya edirik. Süni intellektdən istifadə etməklə kontent, vizual ideyalar, araşdırma, məlumatların emalı və gündəlik iş proseslərini daha çevik və effektiv hala gətiririk.
AI ASSISTANT
Biznesiniz üçün xüsusi AI Assistant həlləri hazırlayırıq. AI Assistant müştərilərin suallarını cavablandırmaq, məhsul və xidmətlər haqqında məlumat təqdim etmək, məlumatları strukturlaşdırmaq və müəyyən iş proseslərini avtomatlaşdırmaq üçün istifadə oluna bilər.
AI ilə məqsədimiz sadəcə texnologiyadan istifadə etmək deyil — onu biznes üçün real faydaya çevirməkdir.